Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları məktəblilərlə görüşüblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə prokurorluğun böyük müstəntiqi Abdulla Quliyev ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətindən və uşaq hüquqlarından danışıb. Bildirilib ki, dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Amma Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə birbaşa  dövlət nəzarət edir.

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Tədbirdə həmçinin yeniyetmə çağırışçıların hərbi qeydiyyata alınması, sağlamlıq vəziyyətinə görə çağırışa verilən möhlət haqqında məlumat verilib. O cümlədən ilkin hərbi qeydiyyata alınmaqdan və hərbi xidmət keçməkdən boyun qaçırmaya görə müvafiq olaraq həm inzibati həm də cinayət məsuliyyətinin nəzərdə tutulduğu qeyd edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

                                                                                   Sərxan Novruzov

                                           Naxçıvan şəhər prokurorluğunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: