Gənclər ordu sıralarına yola salınıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ordubad və Culfa rayon şöbələrində çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra çıxış edənlər bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik edib, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir.
Valideynlər çağırışçı gənclərə xoş arzularını çatdırıblar. Çağırışçılar isə vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirəcəklərinə söz veriblər.
Vüsal Muradov