Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO
Oktyabrın 21-də Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni istifadəyə verilən sosial obyektlərin görüntülərini əks etdirən videoçarx hazırlayıblar.
NUHÇIXAN həmin videoçarxı təqdim edir: