Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, istehsalat sahələrində fəaliyyət göstərən 12 müəssisənin mütəxəssislərinin iştirakı ilə seminar keçirilib. Seminarda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən iş sahələrində əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici söhbətlər aparılıb, həmçinin bu mövzuda slaydlar nümayiş olunub. Bununla yanaşı, seminarda iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı zərərçəkənə ilkin tibbi yardım göstərilməsi qaydalarına dair məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda müəssisə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikirlər dinlənilib.