Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi başa çatdırılmış, iki qərargah binasının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının tikintisi hazırda davam etdirilir.

Babək rayonunda iki əsgəri-məişət kompleksi, bir anqar istifadəyə verilmiş, iki qərargah binasının, iki anqarın, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil saxlancının tikintisi davam etdirilir.

Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, retransiliyasiya məntəqəsinin tikintisi davam etdirilir.

Şahbuz rayonunda üç anqarın, Sədərək rayonunda tabor mərkəzinin tikintisi davam etdirilir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası istifadəyə verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: