Yeni sığortaolunanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən fərdi uçot sisteminin təşkili sahəsində vətəndaşların maarifləndirilməsinə dair tədbir keçirilib.

Tədbirdə fərdi uçot sisteminin əhəmiyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, fərdi uçot sistemi şəffaflığın daha da artırılmasına, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, sığortaolunanların gələcəkdə pensiya hüququ yarandıqda vaxt itirmədən pensiya təyinatı xidmətinin üstünlüklərindən maksimum yararlanmağa imkan verir.

Vurğulanıb ki, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi də təqdim edilib.

Qeyd edək ki, Naxçıvan şəhəri üzrə yeni əmək fəaliyyətinə başlayan 1109 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 392 sığortaolunan dövlət  müəssisə və təşkilatlarda çalışanlar, 442 nəfər özəl müəssisədə çalışanlar, 275 nəfər isə fiziki şəxslər olub.      

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: