“Azərbaycan – müstəqil dövlətim mənim”adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

A- A A+

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan Dövlət Universitetində  “Azərbaycan – müstəqil dövlətim mənim” adlı foto-video, əl işləri  müsabiqəsinə yekun vurulub. 

Mükafatlandırma mərasimində bildirilib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi tələbələri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, ayrı-ayrı sahələr üzrə istedadlı gənclərə dəstək verməkdir.

Müsabiqəyə universitetin instaqram səhifəsində 40-a yaxın əl işi, video yerləşdirilib. Qaliblər 20 gün müddətində hər nominasiya üzrə ən çox bəyənmə alan 10 yaradıcı iş arasından seçilib. 


Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Aytac Həsənli müsabiqənin qalibi olub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə III kurs tələbəsi İnci Qasımova II, Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Nigar Nəsirli III yerə çıxıb. Bu nominasiya üzrə həvəsləndirici yeri  Əczaçılıq ixtisası üzrə I kurs tələbələri Azad Memitanlı, Enes Kılıç tutublar. 

Münsiflərin rəyinə əsasən video nominasiyası üzrə Xalq çalğı alətləri ixtisası üzrə III kurs tələbəsi Əsmər İbrahimbəyli qalib seçilib. İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Hüseyn Qurbanov II,  Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə I kurs magistrant Fatimə Babayeva III yerə layiq görülüb. 


Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.


                                                                                  Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: