Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir.
Bu ilin 9 ayı ərzində Komitə tərəfindən 515 sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılıb, potensiallarına uyğun olaraq təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb edilib.
18 yaşadək sağlamlıq imkanları məhdud olan 1847nəfər uşaqdan 254-nünməktəbəqədəryaşlı olduğu müəyyənləşdirilib və onlar haqqında məlumat yaradılmışbazaya əlavə olunub.
Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə cəlb olunması daim diqqət mərkəzində saxlanılıb.
Eyni zamanda proqramın icrası ilə əlaqədar Heydər Əliyev adına tam orta məktəbdə, Şahbuz şəhər 1 №-li, Babək rayon Nehrəm kənd1 №-li, Şərur şəhər 2 №-litam orta məktəblərində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı onların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilib.
Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili dədiqqət mərkəzində saxlanılıb və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Uşaqlar M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 4 dəfə tamaşaya, Naxçıvan Dövlət Film Fondunda isə 1 dəfə filmə baxıblar. Bu tədbirlərdə sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən 432 uşaq cəlb edilib.