Muxtar respublikada sahibkarlara 9 ayda 20 milyon manatdan çox kredit verilib - FOTOLAR

A- A A+

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 20 milyon 386 min 400 manat kredit verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, verilən kreditin 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 29 hüquqi və 2881 fiziki şəxs qeydiyyata alınıb.

Cari ilin ötən dövründə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilib. Bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda, iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaradacaqdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

2019-cu ilin bəhs olunan dövründə orta aylıq əməkhaqqının məbləği 456,2 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 6,1 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: