Muxtar respublikada doqquz ayda 2 min 900-dən çox yeni iş yeri yaradılıb - FOTOLAR

A- A A+

Bu ilin doqquz ayında muxtar respublikada 2 min 908 yeni iş yeri yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 44, aşpaz köməkçisi peşəsi üzrə 36, dərzi peşəsi üzrə 16, bərbər-manikürçü peşəsi üzrə 40, bərbər peşəsi üzrə 17, elektrik montyoru peşəsi üzrə 18, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisaslaşdırma kursu üzrə 39, videoçəkilişi üzrə operator ixtisaslaşdırma kursu üzrə 24, nitq mədəniyyəti ixtisaslaşdırma kursu üzrə 20, cəzaçəkmə müəssisəsində daşduz üzərində oyma kursu üzrə 15, xalçaçı kursu üzrə 3 olmaqla, ümumilikdə, 272 nəfər kurslara cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 2468 nəfər müxtəlif peşələrə yiyələnib.

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqədə 99, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə, 105 nəfər, dövlət qulluğunun xüsusi növünə aid orqanlarda vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqələrdə 68, AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqədə isə 2 nəfər vakant vəzifələrə təyin edilib.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilən müsabiqədə 95, dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilən müsabiqədə 16 nəfər vakant vəzifələrə təyin olunublar. Cari ilin ötən dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqələrdə, ümumilikdə, 286 nəfər müvafiq vəzifələrə təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: