“Hüseyn Cavid irsi və müasirlik” mövzusunda elmi konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci il dönümünə həsr olunmuş “Hüseyn Cavid irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimli Hüseyn Cavidin həyat və fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə Naxçıvanda Hüseyn Cavidin yubileyləri silsilə tədbirlərlə qeyd olunub, elmi konfranslar və simpoziumlar təşkil edilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin əsərləri tamaşaya qoyulub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli ədibimizin cənazəsinin uzaq Sibirdən gətirilib Naxçıvanda dəfn olunması, ev muzeyinin açılması və məqbərə ucaldılması Hüseyn Cavid irsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.      

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Ramiz Qasımovun “Hüseyn Cavidin həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Hüseyn Cavid təfəkküründə Şərq və Qərb problemi”, sənətşünaslıq üzrə  fəlsəfə doktoru Ələkbər Qasımovun “Hüseyn Cavid və teatr”, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Hüseyn Cavid və folklor” mövzularında çıxışları olub.

Elmi konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

 

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: