NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi, onların müasir dövrdə elmi tədqiqat fəaliyyətinin əsasları, eyni zamanda tələbələrə elmi ədəbiyyatla işləmək qaydalarının öyrədilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması məqsədilə “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Qeyd olunub ki, İnstitutun strateji hədəflərindən biri fəaliyyətini “təhsil-tədqiqat-innovasiya” formatında qurmaqdan, eyni zamanda ölkə qanunvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat universiteti” statusunu qazanmaqdan ibarətdir. İnstitutda aparılan məqsədyönlü elmi-təşkilati tədbirlərin nəticəsində elmi tədqiqata cəlb olunan tələbələrin sayı ilbəil artır. Belə ki, keçən tədris ilində 145, cari tədris ilində isə 200-ə yaxın tələbə elmi tədqiqat yolunda ilk addımlarını atıb .
Ötən il Naxçıvan Müəllimlər İnstitutunun maddi-texniki bazası xeyli gücləndirilib, yeni tədris korpusu istifadəyə verilib. Bunun da nəticəsində ilk dəfə olaraq institutda xarici tələbələr də təhsil alacaqlar.
2018-2019-cu tədris ilində Müəllimlər İnstitutuna 20 xarici tələbə qəbul olunub.
Cavid Səfərli