Gənclər ordu sıralarına yola salınıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur və Kəngərli  rayonlarında  çağırışçı gənclərin hərbi xidmətə yola salınması  münasibətilə  tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik edib, hərbi xidmətə yola düşən gənclərin şərəflə xidmət edəcəklərinə əmin olduqlarını bildirib və onlara sağ-salamat doğmalarının yanına qayıtmağı arzulayıblar. Həmçinin ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, Azərbaycan ordusunun hərbi qüdrətindən və rəşadətindən söhbət açılıb, çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, komandirlərinin bütün əmrlərini yerinə yetirməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyə ediblər.

Sonra gənclər hərbi hissələrə yola salınıblar.

                                                                                    Vüsal Muradov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: