NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında dövlət qulluğuna qəbulla bağlı müsabiqə keçirib. Müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim edib. 1-15 may 2018-ci il tarixlərdə test imtahanları mərhələsində 370 namizəd iştirak edib, imtahanlarda keçid balını toplamış 136 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün də test imtahanları keçirilib. Mayın 17-də keçirilən test imtahanında iştirak edən 26 namizəddən 9-u imtahanlarda müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə Dövlət qulluğuna qəbul olmaq istəyən 17 namizədin və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 34 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilib. Ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 4-ü vakant vəzifələrə təyin olunub. May ayında Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu istiqamətində daxil olan 409 elektron müraciət komissiya tərəfindən icra olunub.