Tələbələr praktiki olaraq turizm işini öyrənirlər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilib.
Məşğələdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 74 tələbəsi iştirak edib. Məqsəd muxtar respublikanın turizm potensialının təbliğində, keçirilən tədbir və festivallarda tələbə və gənclərin fəal iştirakını təmin etmək, onları turizm sektoru üçün peşəkar kadr kimi formalaşdırmaqdır.
Turizmin təşkili, muxtar respublikada olan obyektlər və turist marşrutları haqqında layihə iştirakçılarına ətraflı məlumat verilib. Sonra tələbələr üçün “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksində mövzu ilə bağlı praktik məşğələ keçirilib, ekspozisiyaya baxış olub.