Şagirdlər arasında tuberkulin test sınaqları aparılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika ərazisində yerləşən məktəblərdə uşaq və yeniyetmələr arasında ilkin vərəm intoksikasiyanın erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsi məqsədilə I-VI sinif şagirdləri arasında tuberkulin test sınağı keçirilir.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 22 min doza tuberkulin sınağı rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinə göndərilib və müvafiq qaydada bölünüb.

Tuberkulin sınaqlarına Şərur, Kəngərli və Sədərək rayonlarından start verilib. Sədərək kənd 1 nömrəli tam orta məktəbdə ilk gün 296 şagird  tuberkulin  sınağı alıb.

Qeyd edək ki, tuberkulin sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Sınağın nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Bu zaman şübhəli və müsbət reaksiyalı şagirdlərin dərin ftiziatr müayinəsinə cəlb olunması işi təşkil edilir. Zərurət yarandıqda, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində müalicəsi aparılır.

  Tuberkulin sınaqları Ordubad və Culfa, sonra isə Babək və Şahbuz rayonlarında həyata keçiriləcək. Tədbirə Naxçıvan şəhərində yekun vurulacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: