Bəstəkar Tofiq Bakıxanov xatirələrini tələbələrlə bölüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov tələbələrlə görüşüb.

Tədbirdə görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında tələbələrə məlumat verilib. Vurğulanıb ki, Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkarın əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir. 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olan Tofiq Bakıxanov musiqi sahəsindəki əməyinə görə yüksək mükafatlara layiq görülüb.

Tofiq Bakıxanov yaradıcılığında Naxçıvan mövzusunun olmasının əsas səbəbi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bəstəkarın yaradıcılığına verdiyi dəyərlə bağlı olduğunu diqqətə çatdırıb. Bəstəkar tələbələrin suallarını cavablandırıb. Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutan görkəmli bəstəkarlala bağlı xatirələrini bölüşüb.

 

                                                                            Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: