“Səyyar dövlət qulluğu xidməti könüllüyü” layihəsinin ikinci mərhələsinə start verilib

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyar dövlət qulluğu xidməti könüllüyü” layihəsinin ikinci mərhələsi başlayıb.

Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur Rayon Mədəniyyət Şöbəsinin inzibati binasında olub, xidmət zamanı dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, eləcə də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək gün ərzində 7 nəfərə səyyar elektron xidmət göstəriblər.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyar dövlət qulluğu xidmətinin növbəti ünvanı oktyabrın 25-də Şahbuz Rayon Mədəniyyət Şöbəsinin inzibati binasında olacaqdır.

Qeyd edək ki,  layihənin birinci mərhələsində 72 vətəndaşa səyyar elektron xidmət göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: