Fəal tələbələr mükafatlandırıldı - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və "Menecment" ixtisaslarında təhsil alan tələbələr ilə görüş keçirilib.
Tədbirdə nazirliyin əməkdaşları İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri, “Daxili bazarın qorunması və sağlam rəqabət mühitinin yaradılması” və “Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər” haqqında mühazirələr oxuyub və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda fəal tələbələrə nazirlik əməkdaşları tərəfindən hədiyyələrtəqdim olunub.