Rəssam-tələbələr açıq səma altında etüddə olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbələri Təsviri incəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyevanın rəhbərliyi ilə Qarabağlar türbə kompleksi ərazisində etüddə olublar.

Açıq səma altında keçirilən etüddən əvvəl Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar Türbə Kompleksi haqqında məlumat verilib, tələbələr burada yaradılan muzeyə  baxıblar.

Sonra tələbələr müxtəlif mövqelərdən türbənin gözəl görüntülərini öz tablolarında əks etdiriblər. Gənc rəssamlar işlədikləri mənzərə, türbə təsvirlərini kətan üzərində yağlı boya, kağız üzərində karandaşla və suluboyalarla əks etdiriblər. Plener zamanı tələbələr etüdün çəkilməsi, yağlı boya ilə işləmə texnikası ilə tanış olublar.

Etüdün keçirilməsində məqsəd tələbələrin bilik, bacarıqlarının artırılması ilə yanaşı tarixi-memarlıq abidələrimizin və təbliğidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: