Naxçıvanda sabah “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı  keçiriləcək .

Festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan  ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki ““Ailə təsərrüfatı məhsulları” festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: