Qadınların məşğulluğu ilə bağlı problemlər həll edilir

A- A A+

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ötən 9 ay ərzində məşğulluq probleminin aradan qaldırılması ilə bağlı Komitəyə müraciət edən 51 əmək qabiliyyətli vətəndaş, o cümlədən 46 qadın işlə təmin olunması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə göndərilib.

Həmçinin aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 949 qadınla əlaqə saxlanılıb, söhbətlər aparılıb. Qadınlardan 1-i xalçaçı, 3-ü toxucu, 5-i dərzi, 6-sı aşbaz, 12-si bərbər-manikürçü, 16-sı kompüter peşə kurslarına cəlb olunması üçün ümumilikdə, 43 qadının müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliklərinə göndərilib.

Dövlət proqramına uyğun olaraq Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışları keçirilib. Həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında qadınların əl işlərinin satışı təmin olunub. Ümumilikdə ötən 9 ay ərzində 54 qadının 951 manat dəyərində 228 əl işi satılaraq məbləği qadınlara ödənilib.

Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə əlaqədar bir sıra təlimlər keçirilib və iştirakçılara sertifikatlar verilib.

Komitə tərəfindən müvafiq kateqoriyadan olan qadınların peşə kurslarına cəlb olunması, həmçinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: