Naxçıvan şəhərində bələdiyyələrlə maarifləndirici seminar keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Naxçıvan şəhərində növbəti maarifləndirici seminar keçirilib.

Seminarda bildirilib ki, bələdiyyələr tərəfindən qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi vacib şərtlərdəndir.

Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.

Sonda verilən suallar ətraflı cavablandırılmış, bələdiyyələrə “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: