Qədim dəmirçilik sənətini bu gün də yaşadanlar var - VİDEO
Qədim el sənəti kimi formalaşaraq bu günümüzədək gəlib çatan dəmirçilik kənd həyatında, təsərrüfat işlərində mühüm əhəmiyyətə malikdir. Məişətdə istifadə etdiyimiz dəmirdən hazırlanan bir çox əşyalar, məhz bu peşə sahiblərinin əllərinin zəhmətidir. Belə zəhmətli işin öhdəsindən gələn sənətkarlardan biri də Şərur rayonunun Zeyvə kənd sakini Səməd Rəsulovdur.
Naxçıvan televiziyasının əməkdaşları dəmirçi ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Cavid Səfərli