Uşaqlar “Dərs” bədii filminə baxıblar

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları Naxçıvan Dövlət Film Fondunda olublar.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, uşaqlar əvvəlcə Naxçıvan Dövlət Film Fondunda fəaliyyət göstərən kino muzeyini gəziblər. Burada onlara 120 illik inkişaf yolu keçmiş Azərbaycan kinosu haqqında məlumat verilib. Sonra uşaqlar “Dərs” bədii filminə baxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: