MDB nümayəndələri mülki aviasiya hava gəmiləri uçuşunun sanitar-epidemioloji təhlükəsizliyinin təminatı məsələlərini müzakirə edəcəklər
Oktyabrın 30-da Moskvada mülki aviasiya hava gəmiləri uçuşunun tibbi və sanitar-epidemioloji təhlükəsizliyi məsələləri üzrə işçi qrupun iclası təşkil olunacaq.
Görüş “Aviasiya təbabətinin aktual məsələləri” İkinci Beynəlxalq Konqresi çərçivəsində keçiriləcək.
NUHÇIXAN bu barədə MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir.
İclasda işçi qrupun üzvləri mülki aviasiya personalının vəsiqəsinin alınması (müddətinin uzadılması) üçün namizədlərin müayinəsi, aviaşirkətlərin tibbi təminatı və uçuş zamanı hava gəmisinin sərnişinlərinə və heyət üzvlərinə tibbi yardımın göstərilməsi məsələlərini nəzərdən keçirəcəklər.
MDB ölkələrinin təmsilçiləri, həmçinin mülki aviasiya personalının vəsiqəsinin alınması (müddətinin uzadılmasına) üçün namizədlərin sağlamlıq durumları barədə ehtiyaclarını, hava limanları ərazilərində olan sərnişinlərə və şəxslərə tibbi yardımın göstərilməsi və təşkili məsələlərini də müzakirə edəcəklər.
Bundan başqa, Belarus təmsilçiləri II Avropa Oyunlarında tibbi və sanitar-epidemiya əleyhinə təminat barədə özlərinin təcrübələri ilə bölüşəcəklər. “Beynəlxalq Şeremetyevo aeroportu” Səhmdar Cəmiyyətinin nümayəndələri öz hava limanlarında tibbi xidmətin təşkili barədə danışacaqlar.
Mülki aviasiya hava gəmiləri uçuşunun tibbi və sanitar-epidemioloji təhlükəsizliyi məsələləri üzrə təkliflərin hazırlanması üçün işçi qrup MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şurasının qərarı ilə yaradılıb. Onun tərkibinə MDB ölkələrinin aviasiya administrasiyalarının, səhiyyə nazirliklərinin, aviamüəssisələrin, aviaşirkətlərin, peşəkar assosiasiyaların, tədris müəssisələrinin və elmi-tədqiqat təşkilatlarının nümayəndələri daxildir.
İşçi qrup öz iclaslarında pilotların təhlükəsizliyinin tibbi təminatı, həkim-uçuş ekspertizasının aparılması, hava gəmisinin göyərtəsində yardım göstərilməsi, xüsusi təhlükəli infeksiyalarla yoluxmanın və bioloji terrorizm aktlarının qarşısının alınması məsələlərində dövlətlərin əməkdaşlığına dair sənədləri işləyib hazırlayır və qərarlar qəbul edir.
İşçi qrup, həmçinin aviasiya həkimlərinin hazırlığı və ixtisasartırması, həmçinin aviasiya təbabəti sahəsində normaların, qaydaların, müddəaların və standartların tətbiqi məsələlərini də nəzərdən keçirir.