Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Parisdə keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - “EUROSATORY-2018”də nümayiş etdiriləcək.
MSN-dən NUHÇIXAN-a bildiriblər ki, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.
Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.
“EUROSATORY-2018” sərgisində 63 ölkədən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıqla bağlı görüşlər keçirməsi nəzərdə tutulur.