Bank filialı üçün tikilən yeni bina təhvilə hazırdır

A- A A+

Kəngərli rayonunun Qıvraq qəsəbəsində bu ilin aprel ayından  “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.

Yeni inzibati bina iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə iş otaqları, foye və iclas zalı nəzərdə tutulub. Artıq obyektdə bütün işlər başa çatdırılıb. Binanın ətrafında abadlıq-təmir işləri aparılıb, yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq zolağı salınıbdır.

Qeyd edək ki, yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.

                         “Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: