Kamçatkanın “Komandor” biosfer qoruğunda “Tullantılar Muzeyi” açılıb. Muzeyin açılması dünya okeanının çirkləndirilməsi problemi və tullantılarla düzgün rəftarın əhəmiyyəti barədə bəhs etmək məqsədi daşıyır. Yəni ekspozisiya zibilin zərərindən daha çox Yer kürəsi ehtiyatlarından səmərəli istifadənin təminatı kimi onun təkrar emalının zəruriliyi barədə söhbət açır.
NUHÇIXAN “Meteonovosti” saytına istinadla xəbər verir ki, eksponatların əksəriyyəti qoruğun ərazisində, o cümlədən Berinq adasının sahilboyundan toplanıb.
Eksponatların – plastik məmulatların, batareyaların, siqaret filtlərinin, balıqçı torlarının, rezin hissələrin və digər art-obyektlərin kartları üzərində onların haradan tapılması, hansı müddətə çürüməsi, vurduğu ziyan, təkrar emalı və utilizasiyası zamanı faydası barədə məlumat yerləşdirilib. “Muzeydə” xüsusi yeri bir neçə bölmələrə ayrılmış şüşə döşəmə tutur. Onlardan birində dəniz qumu üzərində təbii “tullantılar” – balıqqulağılar, daşlaşmış heyvan skeletləri, digərlərində müqayisə üçün hər sahilboyunda rast gəlinən balıqçılıq və məişət tullantıları yerləşdirilib.
Muzey üçün bilərəkdən kiçik – 4 kvadratmetrlik yer ayrılıb. Bu, konseptual ideyanın bir hissəsidir: hətta kiçik meydançada belə bütün mühitdən səmərəli istifadə etmək mümkündür. Mühit “tullantı problemi”nin dəqiq, düzgün, ölçülüb-biçilmiş qərarlara ehtiyacı olduğunu simvolizə edir. Muzeyin müsafirləri özlərini qlobal problemlərin mərkəzində hiss edəcək, alınandan zibilliyə tullananadək öz tarixçəsi olan hər bir eksponata toxuna biləcəklər.
“Muzey”in vəzifələrindən biri ətraf mühit dəyişikliklərinə əsas mənfi təsirin sakinlər tərəfindən olduğu vaxtda, konkret insanın yeni geoloji dövrdə “antroposen”ə çevrilməsində rolunu göstərməkdir. Bu səbəbdən ekspozisiya ilə tanış olan ziyarətçi sanki güzgü qarşısında dayanır və “Vəziyyəti necə dəyişdirmək?” kimi ritorik sualla üzləşir”.
“Tullantılar Muzeyi”ni artıq ilk ziyarətçilər - əcnəbi turistlər və Komandor adalarındakı yeganə yaşayış məntəqəsi olan Nikolsk kəndindən yerli məktəblilər dəyərləndiriblər. Kaliforniyadakı Leyni kollecinin coğrafiya üzrə professoru, quşların müşahidəçisi Mark Razon açılışı belə şərh edib: “Adətən muzeylər təbiətə həsr edilir. Burada isə biz insan dünyasını görürük. Gənclərə dəniz ekosistemində baş verənlər barədə öyrənmək faydalı olar. Bu problem getdikcə daha aktual olur. Muzey bizim plastik kütlədən istifadəni və istehsalı dayandırmayacağımız təqdirdə, dünyanın gələcəyinin necə olacağından bəhs edir”.