Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alexander Bayerlinin dəvəti ilə bu ölkənin Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda iştirak edib.

Bəxtiyar Əsgərov həmçinin Çex Respublikasının milli bayramı-Müstəqillik Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda da iştirak edib. Nümayəndəliyin rəhbəri bu tədbirə Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertinin dəvəti ilə qatılıb. 

Daimi nümayəndəliyin rəhbəri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın dəvətlisi olaraq Türkiyə Cumhuriyyətinin elan olunmasının 96-cı ildönümü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda da iştirak edib. Bəxtiyar Əsgərov qardaş ölkənin Səfirinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun təbriklərini çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: