Azərbaycan vətəndaşlığına qəbul olunan və bərpa edilmiş şəxslər and içiblər

A- A A+

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpaedilmə haqqında imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaq tədbir iştirakçılarını bu münasibətlə təbrik edib. Xidmət rəisi Azərbaycan Respublikasının Konstitusiyasında geniş surətdə əksini tapan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır.

Diqqətə çatdırılıb ki, aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Vətəndaşlıq alan şəxslərin hər biri ölkəmizlə sıx bağlı olan, bu torpağı sevən insanlardır.

Sonra vətəndaşlığa qəbul olunan və bərpa edilmiş Abbasov Rəmzi Fətalı oğlu və Aslanov Orxan Qiyas oğlu təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Sonra həmin şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma ilə bağlı müvafiq sənədlər təqdim edilib.

Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: