Haçadağ ərəb mediasında - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının tanınmış saytları Naxçıvan Muxtar Respublikasının əsas simvollarından olan Haçadağın fotolarını və haqqında ərəb dilində məlumat paylaşıblar. İnformasiya və turizm portalları olan sahafahnet.net, m.hournews.net, gulfeyes.net, alwatanvoice.com saytlarında qeyd olunur ki, Culfa rayonu ərazisində yerləşən Haçadağ Nuh əfsanəsi ilə bağlıdır. Rəvayətə görə, onun üzərindən keçən Nuhun gəmisi dağın zirvəsini ikiyə bölərək üzərində haça yaradıb. Xalq bu dağa həmişə xüsusi sayğı və ehtiramla yanaşır, onu Naxçıvanın simvolu sayır. Qeyd olunur ki, bu əzəmətli dağa çıxmaq heç də asan deyil. O da vurğulanır ki, Haçadağın yaxınlığında yerləşən qədim Əlincə qala yenidən bərpa olunub. Bu qalaya isə 2000 pilləlik yolu çətinlik çəkmədən qalxmaq olar.

Ərəb saytları Haçadağın həm də “Naxçıvanın gözmuncuğu” olduğunu, burada yaşayan insanları pis niyyətli adamlardan və şər qüvvələrdən qoruduğunu yazırlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: