Şahbuzda çirkab sutəmizləyici qurğu inşa olunur - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində inşa olunan çirkab sutəmizləyici qurğuda Almaniyanın Bovorks şirkətinin mütəxəssisləri tərəfindən texnoloji avadanlıqların quraşdırılmasına başlanılıb.
Şahbuz şəhərinin "Ömərdərəsi" massivində inşa olunan qurğuda inşaat işlərinə 2017-ci ildən başlanılıb. Burada sel sularından qoruyucu istinad divarları, inzibati bina, 2 texniki bina, çökdürücü və digər hovuz, yardımçı binalar inşa olunub.
Qurğu vasitəsi ilə gündə 2800 kubmetr su təmizlənərək təsərrüfat üçün yararlı vəziyyətə gətiriləcək. Onun tikintisi rayon mərkəzi və ətraf kəndlərin içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması lahiyəsi çərçivəsində həyata keçirilir.
Novruz Məmmədov