Naxçıvan şəhərində payız-qış mövsümünə hazırlıq başa çatıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.

“Naxçıvan Su-Kanalizasiya” İdarəsi tərəfindən su və kanalizasiya xətlərinə, quyulara texniki baxış keçirib, su siyirtmələrində yağlama və təmir işləri aparılıb, nasaz siyirtmələr yenisi ilə əvəz olunub. Yanğın hidrantları təmir olunub, hidrantların soyuq qış aylarında donmaması üçün üzəri izolyasiya edilib.

Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksində lazımi avadanlıqlar yenisi ilə əvəz olunub, yüksək təzyiqli nasosların sərinkeşləri, membran filtr, suyun süzülməsi üçün lazımi qədər kağız filtr alınıb. İşçilər payız-qış mövsümünə uyğun xüsusi geyim formaları ilə təmin olunub. Kompleksin ətrafında vaxtaşırı dezinfeksiya və dezinseksiya işlərinin aparılması diqqətdə saxlanılır. 

Su və Çirkab Su Təmizləyici Qurğular Kompleksinə də texniki baxış keçirilib, membran filtrlər, nasoslar, suyun süzülməsi üçün kağız filtrlər və digər avadanlıqlar yenisi ilə əvəz olunub.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin kollektivi də payız-qış mövsümünə hazırlığı başa çatdırıb. Qazanxanalardan çıxan istilik xətlərinin üstü örtülüb, qazanxanaların təbii qazla yanaşı mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin olunub.

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsi də qış mövsümünə hazırlığı yekunlaşdırıb. Belə ki, 48 tullantı daşıyan avtomaşın, qış aylarında istifadəsi nəzərdə tutulan qarkürəyən və qumsəpən hazır vəziyyətə gətirilib. Qış mövsümündə yolların qardan təmizlənməsi üçün kifayət qədər qum ehtiyatı da yaradılıb.

                                                              Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: