Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi Xok kəndində sığortaolunanların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Qeyd olunub ki, rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 87 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 11 sığortaolunan dövlət müəssisə və təşkilatlarda çalışanlar, 76 nəfər isə  fiziki şəxslər olub.

Həmçinin məcburi dövlət sosial sığortanın əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.

Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: