Tələbələr əlyazma və çap kitablarının tədqiqi ilə tanış olublar

A- A A+

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Ərəb-Azərbaycan və Fars-Azərbaycan dilləri üzrə Tərcümə ixtisaslarının I kurs tələbələri üçün əlyazma və çap kitablarının tədqiqinə dair praktiki məşğələ təşkil edilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tələbələrə müəssisənin elmi fəaliyyəti, mühafizə olunan qədim əlyazma və çap kitabları haqqında məlumat verib.

Sonra Fondun əməkdaşları tələbələrə “Qədim əlyazma və çap kitablarının kataloqlarının hazırlanması metodikası”, “Molla Məhəmməd Naxçıvaninin fəlsəfə əsərləri”,“Təzkiyələr və onların elmi-ədəbi əhəmiyyəti” və “Əlyazmaların üzərində aparılan tədqiqatlara dair” mövzuları əhatə edən məlumatlar veriblər.

Sonda tələbələr fondun arxivi ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: