Gənclər “İdeyadan başlanğıca” devizi altında maraqlı layihələr hazırlayıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev sosial könüllülük layihəsindən danışıb, “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Həmçinin qeyd edilib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər bundan sonra da  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq tədbirlərinə könüllü kimi cəlb olunacaqlar.

Sonra Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev sosial könüllülük layihəsinin həyata keçirilməsinin məqsədindən danışıb.

Sosial könüllülərin ötən dövr ərzində fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib və layihəni uğurla başa vuran məzunlara diplomlar təqdim olunub.

Sonda gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanan layihələrin təqdimatı keçirilib.

Qeyd edək ki, tədbiri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondu birgə təşkil ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: