Tələbələr mütəxəssislərlə görüşüblər

A- A A+

Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin  hamiliyinə verilib.

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komitədə tələbələrlə görüş keçirilib. Tədbirdə Komitənin sədri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilən yol və qarşıda duran vəzifələrlə bağlı tələbələrə geniş məlumat verib.

Sonra mütəxəssislər  innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi və müasir torpaq idarəçiliyində geodeziyanın rolundan danışıblar.  

Görüş zamanı hamiliyə verilən ixtisaslara yeni qəbul olunan tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr komitənin iş prosesi ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: