Tələbələr fövqəladə hallarla bağlı məlumatlı olmalıdırlar

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı konfrans keçirilib. Tədbirdə institutun müəllimləri və  1-ci kurs tələbələri iştirak edib.

Nаzirliyin mətbuаt хidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov tədbirin keçirilmə məqsədini qeyd edib. Nazirliyin mütəxəssisləri isə ali təhsil müəssisələrində mülki müdafiə işinə qoyulan müasir tələblər,  yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, muxtar respublikada ehtimal olunan fövqəladə hallar və onlara qarşı psixoloji  hazırlıq,  dəm qazı və ondan qorunma yolları ilə bağlı ətraflı şəkildə məlumat veriblər.

 Sonda tədbirə aid slaydlar və videomateriallar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: