Məktəb kitabxanalarında 3 milyona yaxın dərslik var

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin artırılması, fondun qorunub saxlanılması işinə nəzarətin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

Bildirilib ki, muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunub, kitabxana fondları zənginləşdirilib, kompüterlərlə təmin edilib. Hazırda ümumtəhsil məktəblərinin kitabxana fondlarında 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat var.

Sonda kitabxanaçılara muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib.

 Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: