MDB ekspertləri Birlik ölkələrinin ərazisinin sanitar mühafizəsi problemlərini müzakirə ediblər

A- A A+

Saratovda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin ərazisinin xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib.

NUHÇIXAN">NUHÇIXAN xəbər verir ki,  MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, görüş iştirakçılar İctimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə hallar barədə informasiya mübadiləsinin həyata keçirilməsi qaydası barədə Əsasnamənin, Əhalinin sanitar-epidemioloji salamatlığı sahəsində fövqəladə halların qarşısının alınması və belə hallara münasibət bildirilməsi zamanı dövlət sanitar-epidemioloji nəzarətini həyata keçirən orqanların əməkdaşlığı haqqında Sazişin və “MDB iştirakçısı olan ölkələrin ərazisində təbii taun ocaqlarında epidemioloji nəzarətin təşkili və həyata keçirilməsi” adlı Metodik Tövsiyələrin layihələrini müzakirə edib və Birlik üzvü olan dövlətlərdən daxil olmuş iradlar və təkliflər nəzərə alınmaqla bu layihələri bütövlükdə bəyəniblər.

Müvafiq sənədlərin MDB-də səhiyyə sahəsində Əməkdaşlıq Şurasının noyabrın 8-9-da Düşənbədə keçiriləcək növbəti iclasında baxılmaq üçün göndərilməsi qərara alınıb.

İclasda, həmçinin Birlik iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə hallar barədə operativ məlumatlandırma və belə hallara birgə münasibət bildirilməsi üzrə baza təşkilatının yaradılması barədə “Rospotrebnadzor”un təşəbbüsü də müzakirə edilib. Bu təşəbbüsü nəzərə almaq və Şura üzvlərindən onu dəstəkləmələrini xahiş etmək qərara alınıb.

Xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurası 2000-ci ildə bu sahədə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın, habelə Birlik iştirakçısı olan ölkələrin ərazisinin əhalinin salmatlılığının təmin edilməsi məqsədilə yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: