Gənclər Zəngəzur Milli Parkının ərazisinə yürüş ediblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Boyəhməd kəndində yerləşən akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisinə könüllü gənclərin iştirakı ilə “Eko yürüş” olub.
Gənclər və İdman Nazirliyinin 30 nəfər könüllü gəncinin iştirak etdiyi yürüş zamanı gənclər akademik Həsən Əliyev adına Zəngəzur milli parkında yerləşən muzeylərlə tanış olublar. Sonra isə milli parkın ərazisində meşə bitkilərinin toxumları əkiliblər.
Yürüş Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbirdə məqsəd gənclərin təbiətə səyahəti, yerli təbiətlə tanışlıq, ekologiyaya qarşı neqativ halların qarşısının alınması, ekoloji maarifləndirmədir. Bundan başqa muxtar respublikanın ekoloji turizm potensialının gənclər tərəfindən sosial şəbəkələrdə təbliği, onlarda ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi və yeni yaşıllıq sahələrinin salınmasında iştirakının təmin olunmasıdır.