Əlahiddə Ümumqoşun Orduda məşğələlər keçirilib - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər. Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib. Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: