Sədərək rayonunda taxıl istehsalını artırmaq üçün əkin sahələri ildən-ilə genişləndirilir. Rayonda gələn ilin bol məhsulu üçün də indidən zəmin yaradılıb. İndiyədək 1391 hektar sahə şumlanıb, 781 hektara taxıl əkilib, 372 hektar sahə isə suvarılıb. Səpin işləri davam edir.
“Oğuz yurdu” qəzeti