Taxıl əkini davam edir

A- A A+

Aqrar bölməyə, xüsusilə taxıl istehsalının stimullaşdırılmasına dövlət qayğısının artırılması Kəngərli rayonunda taxılçılığın daha da inkişaf etdirilməsinə səbəb olub. Torpaq-iqlim xüsusiyyəti bölgədə taxılçılığın inkişafı üçün əlverişli imkan yaradır.

Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından ruhlanan Kəngərli rayonun taxılçıları cari ili uğurla başa vurub və bu ilin payızında taxıl əkini sahələrinin daha da artırılmasını nəzərdə tutublar. Torpaq mülkiyyətçiləri bu günədək 4 min 430 hektar sahədə payızlıq şum qaldırıb, bunun aqrotexniki tələblərə uyğun hazırlayıb 3 min 105 hektarına buğda və arpa toxumu səpiblər.

Əkin zamanı sınaqdan çıxmış buğda və arpa toxumlarından istifadə olunur, şırım üsulu ilə səpinə üstünlük verilir.

                                “Yeni həyat” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: