Naxçıvan mətbəxi - Heyva mürəbbəsi

A- A A+

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.

Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi...

NUHÇIXAN “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Bu dəfə oxucularımızı " Heyva mürəbbəsi"nin hazırlanma qaydası ilə tanış edəcəyik.

Heyva mürəbbəsi

Meyvələr yuyulur, qabığı soyu­lur, dilimlənir, suda yumşalana qədər qaynadılır. Suyu süzülür, bu sudan və  şəkər tozundan şirə hazırlanır, meyvələr bu şirəyə tökülüb bişirilir. Götürülənə yaxın limon duzu əlavə edilir.

Ərzaq: 1 kq heyva, 1 kq şəkər tozu, 2 st su, limon duzu.

Quince jam

The fruit are washed, peeled, sliced, boiled in water till the slices are softened, filtered, from the filtered water and crystal sugar juice is prepared and the fruit are added into the juice, lemon salt is added when is nearly cooked.

Ingredients: 1 kg of quince, 1 kg of crystal sugar, lemon salt.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: