Sədərək rayonunda I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – mantu sınağına start verilib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimovanın verdiyi məlumata görə, rayon məktəblərinin 730 şagirdinə peyvənd vurulub. Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən məsul şəxslərin iştirakı ilə seminar keçirilib. Rayon mərkəzi xəstəxanası eləcə də Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılan xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.
Qeyd edək ki, tədbir dekabr ayına kimi davam edəcək. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat veriləcəkdir.
“Oğuz yurdu” qəzeti