Peşəkar kadr hazırlığı diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, tələbələrin elmi biliklərini artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təcrübə gəzintisi təşkil olunub. Gənclər təbii sərvətlərimiz haqqında məlumatlar əldə ediblər. Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin baş geoloqu Sultan Rzayev aparılan qazıntılar və aşkar edilən qızıl səpintiləri barədə tələbələrə məlumat verib. Aşkar edilən təbii sərvətlərin necə çıxarılması və yuyularaq qızıl nişanlarının əldə olunması əyani şəkildə göstərilib. 

Gəzinti Culfa rayonundakı Geoloji Axtarış və Kəşfiyyat İdarəsində davam edib. İdarənin fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra tələbələr Geologiya Muzeyində olublar. Məlumat verilib ki, burada 300-ə yaxın eksponatın sərgiləndiyi muzeydə misin ilkin materialları, daşduz, andezit tufu, təbii daşlardan hazırlanan məmulatlar, bəzək daşları və digər eksponatlar sərgilənir. 

Sonra Geoloji Tədqiqat Mərkəzində olan tələbələrə laboratoriyada yerin dərinliklərindən xüsusi qurğu vasitəsilə çıxarılan daş süxurların analizi laboratoriyasının iş prinsipi haqqında ətraflı məlumat verilib. Gənclər qazıntı zamanı istifadə edilən cihaz və avadanlıqlarla da tanış olublar. Onlara “Atalay-700” adlı qazma qurğusunun fəaliyyəti ilə bağlı məlumatlar verilib və qazıntıların necə aparıldığı əyani olaraq göstərilib. 

Sonra tələbələrə təcrübəli geoloqlar tərəfindən seminar-treninq keçilib. Onlar Naxçıvanın geoloji xəritəsi ilə də tanış olublar. 

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: