Hazırda dünyanın 40 ölkəsində polietilen məhsulların istehsalı və satışı qadağan olunub

A- A A+

İyunun 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik qablar, polietilen torbalar və onların ətraf mühitə təsirinə həsr olunmuş mətbuat konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, nazirliyin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva öz çıxışında plastik qablar və polietilen torbaların təkcə insan sağlamlığına deyil, flora və faunaya da təhlükə yaratdığını qeyd edib. O bildirib ki, hər il yüzlərlə heyvan və quş təbiətə atılan plastik qablar və polietilen torbaların qurbanı olur.

“BMT plastik qablar və polietilen torbaların istifadəsinin məhdudlaşdırılması ilə bağlı çağırış edib. Artıq dünyada plastik qablar və polietilen torbalardan imtina edən ölkələrin sayı getdikcə artır. Hazırda dünyanın 40 ölkəsi polietilen məhsulların istehsalını və satışını qadağan edib və ya məhdudlaşdırıb. ETSN polietilen məhsulların yığılması üçün konteynerlər sifariş edib. Bakı, Sumqayıt və Gəncə Şəhər İcra hakimiyyətlərinə konteynerlərin quraşdırılması üçün yer ayrılması məqsədilə müraciət edilib. Onların əsasən insanların sıx olduğu ərazilərdə quraşdırılması nəzərdə tutulub. Polietilen məhsulların istifadəsinin azaldılması və təbiətə zərərinin qarşısının alınmasında cəmiyyəti bizimlə birgə əməkdaşlığa çağırırıq”, - deyə U.Tağıyeva vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: