Yeni nasos stansiyası 2000 metr hündürlükdəki sahələri su ilə təmin edəcək - VİDEO
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda 700 hektar əkinəyararlı torpaq sahəsinin su təminatı yaxşılaşdırılır. Bunun üçün rayonun Türkeş kəndində 300 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması, Külüs kəndində isə dəniz səviyyəsindən 2000 metrə yaxın hündürlükdə yerləşən 400 hektar ərazini əhatə edəcək nasos stansiyasının tikintisində işlər artıq yekunlaşmaq üzrədir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Novruz Məmmədov